Daha 10 ailə Ağalı kəndinə köçürüldü – Canlı yayım

 

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə “Böyük Qayıdış”ın növbəti mərhələsi həyata keçirilib.

Globalinfo.az bildirir ki, kənd bu gün daha 10 ailəni qarşılayır.

Kənddən Baku TV-nin canlı yayımını təqdim edirik:

***15:33

Martın 3-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə sayca səkkizinci köç karvanı yola salınıb.

Globalinfo.az bildirir ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 10 ailə – 44 nəfər doğma yurdlarına köçürülüb.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Köçürülənlər arasında müxtəlif müvəqqəti məskunlaşma obyektlərində çətin və ağır şəraitdə yaşayan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Onlar Zəngilan rayonunun Ağalı kəndində peşə ixtisaslarına və qabiliyətlərinə uyğun olaraq işlə təmin olunacaqlar. Ağalı kəndində sakinlər üçün müasir standartlara uyğun, zəruri sosial-texniki infrastruktur mövcuddur.

Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin üçüncü mərhələsinin yekunudur. Ağalı kəndinə növbəti ailələrin köçürülməsi ilə kənddə 86 ailənin – 420 nəfərin daimi məskunlaşması təmin olunub. Doğma yurda köçürülmə isə davam etdiriləcək.

***09:10

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.

Globalinfo.az xəbər verir ki, martın 3-də Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınır.

Daha 10 ailə – 44 nəfər daimi məskunlaşmaq üçün Ağalıya yola düşür.