Cüdoçumuz erməni rəqibinə qalib gəldi

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.

O, daha əvvəl Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub etmişdi.