Co Baydenin İndoneziyaya səfəri: G20 sammitindən öncə gözlənilməz səmimiyyət, cavabsız suallar…

ABŞ Prezidenti Co Bayden, Prezident Coko Vidodonun ev sahibliyi etdiyi Böyük İyirmilər (G-20) sammitində iştirak etmək üçün İndoneziyanın Bali adasına səfər edib.

Bayden sammitdən kənarda Vidodo ilə görüşü zamanı zarafatla “Mən evə getməyi düşünmürəm. Sən məni çimərlikdə qalmağa məcbur etdin”,- deyib.

Bayden İndoneziya liderinin ləqəbindən istifadə edərək, “Sizi yenidən görmək çox xoşdur, Cokovi. Sən yaxşı dost olmusan”, – deyib.

Dostyana zarafat Ukrayna müharibəsi, Qərbin Rusiyanı təcrid etmək üçün təzyiqləri və Vaşinqtonla Cakarta arasında aylarla davam edən gərgin diplomatik münasibətlərlə ziddiyyət təşkil edib.

Çin lideri Si Tsinpin və Yeddilər Qrupunun (G-7) aparıcı ölkələrinin liderləri daxil olmaqla, G-20-ni 17 ölkə təmsil edir.

Rusiya Prezidenti Vladimir Putin toplantıda şəxsən iştirak etmir və onun virtual olaraq iştirak edib-etməyəcəyi bəlli deyil. Ukraynanın qrupa üzv olmamasına baxmayaraq, Prezident Vladimir Zelenski sammitdə virtual olaraq iştirak edəcək.

Milli təhlükəsizlik müşaviri Ceyk Salliva, Baydenin iştirakçıların yekun siyahısından razı olub-olmaması sualından yayınıb. Onun sözlərinə görə, Bayden sammiti dünyanın əsas iqtisadiyyatlarının liderlərinin Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrini müzakirə etmək üçün bir fürsət kimi görür və əsas diqqəti ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və borc islahatı kimi əsas məsələlərə yönəldəcək.

“Beləliklə, Prezident Putinin gəlib-gəlməmək seçiminin “xoşbəxtlik/bədbəxtik” olmasını düşünmək məncə düzgün deyil” – deyə, Sallivan Amerikanın Səsinə Baliyə gedərkən təyyarədə bildirib. “Prezident Putin qərarını üzləşdiyi təzyiqlər səbəbindən verib” – deyə, o əlavə edib.

Sallivan Putinin virtual olaraq iştirak edəcəyi təqdirdə Baydenin iclasdan çıxıb-cıxmayacağı sualına cavab verməkdən imtina edib.

“Bu, prezidentin necə reaksiya verəcəyi ilə bağlı hələ məşğul olmadığımız bir fərziyyədir”, – deyib.