Çinin əsas qorxusu: Ukrayna savaşı belə bitsə…

Son zamanlar ABŞ və Çin münasibətlərinin daha da gərginləşməsi Pekinin Rusiya ilə əlaqələrini möhkəmləndirmək cəhdlərini artırır.

Globalinfo.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi, politoloq Lük Koffi qeyd edib.

O bildirib ki, Ukraynanın qələbəsi Çin üçün arzuolunmazdır:

“Rusiya Çinin tərəfdaşıdır. Müharibədə məğlub olan Rusiya daha zəif Çin deməkdir. Pekin Qərbin Ukraynanı necə dəstəklədiyini yaxından izləyir. Onun üçün Ukraynanın qalib gəlməsi Tayvanın daha da güclənməsi deməkdir”.

Ayşən Mustafa
Globalinfo.az