Çinin COVID-in mənşəyi ilə bağlı daha çox məlumatı var – ÜST

Ethiopian Minister of Foreign Affairs Tedros Adhanom Ghebreyesus attends a press conference launching his candidacy to the post of Director General of World Health Organization (WHO), on the sidelines of the WHO’s annual assembly, on May 24, 2016, in Geneva.
Delegates from 194 member-states gather for the second day of the WHO’s annual assembly, with the UN agency’s chief Margaret Chan warning in an opening address that the world was not prepared to cope with a rising threat from infectious diseases. / AFP / FABRICE COFFRINI (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

Çinin COVID-19-un mənşəyinə aydınlıq gətirə biləcək daha çox məlumatı olduğuna əminik.

Globalinfo.az Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ÜST-ün rəhbəri Tedros Adhanom Gebreyesus Cenevrədə deyib.

O, bildirib ki, Pekindən bütün müvafiq məlumatları dərhal paylaşmasını tələb edir:

“Çinin malik olduğu məlumatlar tam çıxış olmadan bütün fərziyyələr masa üstündədir. Buna görə də biz Çindən bu məsələdə əməkdaşlıq etməsini istəyirik”, – deyə, o bildirib və təkidlə qeyd edib ki, Pekin çatışmayan məlumatları təqdim edərsə, “biz nə baş verdiyini, və ya bunun necə başladığını bilərik”.

COVID-19-un yaranmasından üç ildən çox vaxt keçməsinə baxmayaraq, pandemiyanın mənşəyi ətrafında qızğın müzakirələr hələ də davam edir.

Bu məsələ virusun təbii olaraq heyvanlardan insanlara keçdiyi nəzəriyyəsi və Uhan laboratoriyasından sızdığına dair nəzəriyyə arasında bölünmüş elmi ictimaiyyət və hətta ABŞ-ın müxtəlif dövlət qurumlarında fikir ayrılıqlarına səbəb olub. Çin virusun Uhan laboratoriyasından sızdığına dair fərziyyəni qəzəblə təkzib edib.

Keçən ayın sonlarında COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna bənzər virusları daşıya və ötürə bilən yenotabənzər itlərin xəstəlik ilk dəfə insanlarda aşkar edildiyi zaman Uhandakı bazarda olduğuna dair yeni dəlillər ortaya çıxıb.

Gözlənilmədən genetik məlumatlara rast gələn tədqiqatçılar bu məlumatların virusun heyvanlarda yarandığı nəzəriyyəsini dəstəklədiyini, lakin virusun heyvanlarda yarandığını və ehtimal ki, bazarda ilk olaraq insanlara yayıldığını sübut edə bilməyəcəyini deyirlər.

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerxove cümə axşamı jurnalistlərə deyib ki, yeni məlumat “yeni ipuçları” verir, lakin dəqiq cavablar yoxdur. O, təkidlə “üç il əvvəl, 2020-ci ilin yanvar və fevral aylarında toplanmış” məlumatların çoxdan paylaşılmalı olduğunu deyib.

“Düzgün qiymətləndirmə aparmaq üçün məlumat olmadan konkret cavab vermək bizim üçün çox çətindir. Hazırda isə bizim pandemiyanın necə başladığına dair konkret cavabımız yoxdur” – deyə, Mariya Van Kerxove bildirib.

Lakin o, əmin olduğunu bildirib ki, Çin alimləri daha çox araşdırma aparıb və araşdırmalara yardım edə biləcək daha çox məlumat toplayıb.

“Biz bilirik ki, orada daha çox məlumat var. Bu məlumatı paylaşmaq üçün bizim alimlərə, ictimai səhiyyə mütəxəssislərinə və hökumətlərə ehtiyacımız var. Bu oyun deyil” deyib Kerxove.

ÜST-ün rəhbəri Tedros bu sirrin öyrənilməsinin həyati əhəmiyyətini olduğunu və COVID-19-un mənşəyinin müəyyən edilməsinin gələcək pandemiyaların qarşısını almağa yardım edə biləcəyini vurğulayıb.