Çin Yaponiyanı tarixini dərindən yenidən nəzərdən keçirməyə və Asiyadakı qonşularının, eləcə də beynəlxalq ictimaiyyətin etimadını qazanmaq üçün praktiki addımlar atmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Szyakun məlumat verib.
O bildirib ki, Yaponiyanın təcavüz cinayətlərini inkar etməsi tarixi nəticələrə meydan oxumaq və müharibədən sonrakı beynəlxalq nizamı sarsıtmaq deməkdir.
O bildirib ki, Çin də daxil olmaqla region ölkələri yapon militarizminin yenidən dirçəlməsinə və tarixi faciələrin təkrarlanmasına imkan verməmək üçün ayıq-sayıq olmalıdır.
Çin XİN-in nümayəndəsinin bu açıqlaması Mukden insidentinin 95-ci ildönümü ilə əlaqədar səsləndirilib. 1931-ci ildə baş verən hadisədən sonra Yaponiya ordusu Çində hərbi əməliyyatlara başlamış və bu, Yaponiyanın Çinə qarşı genişmiqyaslı işğalının başlanğıcı olmuşdu.
Əliyar Xəlil