346844758151071

“BMT Təhlükəsizlik Şurası heç bir ölkəyə Yəmənə qarşı güc tətbiq etmək hüququ verməyib.”

Globalinfo.az  bunu Çinin BMT-dəki nümayəndəsi Çjan Jun Təhlükəsizlik Şurasının iclasında deyib:

“Biz bəyan edirik ki, BMT Təhlükəsizlik Şurası heç vaxt heç bir ölkəyə Yəmənə qarşı güc tətbiq etməyə icazə verməyib.  Heç bir ölkə Qırmızı dənizdə yeni gərginlik yaratmaq üçün beynəlxalq hüquqdan və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sui-istifadə etməməlidir”.

Çjan Jun həmçinin vurğulayıb ki, bəzi ölkələrin Yəmənə qarşı hərbi əməliyyatları Qırmızı dəniz regionunda vəziyyəti daha da gərginləşdirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: