Çin hesab edir ki, ABŞ və İran arasında danışıqların növbəti mərhələsi daha mürəkkəb olacaq.
Globalinfo.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanı deyib.
Van İ qeyd edib ki, danışıqların ikinci mərhələsinin birinci raund ilə müqayisədə daha çətin keçəcəyini ehtimal etmək olar.
“Nail olunmuş hazırkı konsensus yekun məqsəddən hələ çox uzaqdır. Bu, daha çox yeni başlanğıc nöqtəsi hesab oluna bilər”, – deyə Çin-in XİN rəhbəri vurğulayıb.
Nazirin sözlərinə görə, Yaxın Şərq və Fars körfəzi regionunda davamlı sülhün təmin olunması üçün bütün tərəflərin yorulmadan səylər göstərməsi vacibdir. Pekin regionda sülhün təşviqi istiqamətində İslamabadla əməkdaşlığa hazırdır.
Van İ həmçinin bildirib ki, BMT Təhlükəsizlik Şurası ABŞ və İran arasında aparılan danışıqlara dəstək göstərmək üçün daha fəal rol oynamalıdır.
Əliyar Xəlil