Çin valyutası dünyada necə güclənir? – İLGİNC SƏBƏBLƏR

Rusiyaya qarşı sanksiyalar Çin yuanının (pul vahidi) mövqeyini gücləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” biznes qəzeti Çin Dövlət Valyuta Administrasiyasının məlumatlarına istinadən yazıb.

“2022-ci ildə Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin Rusiyaya qarşı sanksiyaları tətbiq edildikdə, Kreml ABŞ dolları, avro və digər qlobal valyutalarla ticarət etmək imkanını böyük ölçüdə itirdi. Rusiyanın aparıcı bankları SWIFT beynəlxalq hesablaşma sistemindən ayrıldı və Rusiya Bankının valyuta ehtiyatlarının bir hissəsi donduruldu. Nəticədə, Moskva qalan ehtiyatlarını Qərbin nəzarətində olmayan valyutalara köçürmək məcburiyyətində qaldı, onların arasında Çin yuanı xüsusi yer tuturdu. Çin valyutasında aparılan ikitərəfli əməliyyatların sayı iyul ayında müharibədən əvvəlki 2021-ci ilin eyni ayı ilə müqayisədə 40%-dən 53%-ə qədər artıb. Eyni zamanda, yuanla aparılan əməliyyatların payı demək olar ki, sıfırdan bütün əməliyyatların yarısından çoxuna qədər artıb. Yuanın istifadəsi həm Rusiya, həm də Çin üçün faydalıdır”, – nəşr yazıb.

Müşviq tofiqoğlu
Globalinfo.az