Çin Rusiyadan nümunə götürərək Qərbin sanksiyalarına qarşı müqavimət göstərmək yollarını tədqiq edir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “The Wall Street Journal” öz mənbələrinə istinadən çıxış edib.
Pekin sanksiyaların Rusiyaya təsirini öyrənən və mütəmadi olaraq ölkə rəhbərliyi üçün hesabatlar hazırlayan xüsusi “idarələrarası qrup” yaradıb. Xüsusilə, bu məqsədlə Çin rəsmiləri vaxtaşırı Moskvaya səfər edir və orada Rusiya Mərkəzi Bankının, Maliyyə Nazirliyinin və digər idarələrin nümayəndələri ilə görüşürlər.
Qeyd edilib ki, Pekini esas maraqlandıran məsələ Tayvanda gərginlik yaranacağı halda ona Rusiya nümunəsində olduğu kimi hansı sanksiyaların tətbiq olunacağıdır.
Əliyar Xəlil