Szinpin pandemiyadan sonra ilk dəfə ora gedir

Çin Xalq Respublikasının Sədri Si Szinpin mayın əvvəlində Fransa Prezidenti Emmanuel Makronla görüşmək üçün Parisə səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bu, Çin prezidentinin koronavirus pandemiyasından sonra Avropaya ilk səfəridir. Səfər Paris və Pekin arasında diplomatik münasibətlərin qurulmasının 60 illiyinə təsadüf edəcək.

Nəşr yazır ki, Szinpin Ukraynadakı müharibənin fonunda Rusiya Prezidenti Vladimir Putinlə tərəfdaşlığı səbəbi ilə zərər görmüş Avropa-Çin münasibətlərini bərpa etməyə çalışır.

Əliyar Xəlil
Globalinfo.az