Çimərlikdə ilan peyda olmasına AMEA-dan reaksiya – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu Şüvəlandakı çimərlik ərazisində ilanın peyda olunmasına münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, institutun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər sahilində ilanların peyda olunması qeyri-adi hadisə deyil:

“Görüntülərdəki su ilanıdır. Xəzər sahili boyu həmin ilanlar yayılıb. Çünki ora həmin növün yaşama arealdır. Burada qeyri-adi heç nə yoxdur”.

X X X

Bakıda çimərlikdə ilan peyda olub.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, görüntülər Şüvəlan qəsəbəsindəki özəl çimərlikdə lentə alınıb.

Çimərliyə üz tutan bəzi vətəndaşlar ilanı görərək həmin ərazini tərk ediblər.