Çilidə meşə yanğınları: ölənlərin sayı 120-ni ötdü

Çilidə meşə yanğınlarında azı 122 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə-Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Məhkəmə-tibb ekspertlərinin rəyinə görə, 32 cəsədin şəxsiyyəti müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl 112 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, fevralın 2-də Çili Prezidenti Qabriel Borik yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edib.