Lavrovla Bayramovun maraqlı FOTOSU

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada təşkil olunmuş görüşü çərçivəsində baş tutan danışıqlarda Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Nazir vurğulayıb ki, görüş çərçivəsində bir sıra ikitərəfli layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparmaq imkanı olacaq. Ceyhun Bayramov danışıqlarda regional təhlükəsizlik, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, eləcə də “3+3” formatında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək.

Nazir Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Sergey Lavrov iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə əlaqədar bir sıra iri layihələr, o cümlədən “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Sergey Lavrov görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair məsələlərin də müzakirə olunacağını vurğulayıb. Rusiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “3+3” platformasının perspektivli olduğunu qeyd edib.

bayramov-lavrovla-gorusdu



***11:19

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə iki ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, eləcə də regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Qeyd edək ki, bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bayramov-Lavrov danışıqları da məhz bu görüş çərçivəsində keçirilir.