6a746b4d4f8f16a746b4d4f8f217860145416a746b4d4f8ef6a746b4d4f8f0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində (XİN) arxiv sənədləri ilə tanış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik X sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin (Komissarlığının) fəaliyyətini, həmçinin 1918–1920-ci illərdə Azərbaycan ilə Ukrayna arasında mövcud olmuş diplomatik münasibətləri əks etdirir.

Nazirə təqdim olunan materiallar sırasında həmin dövrə aid tarixi sənədlər, rəsmi yazışmalar, eləcə də Azərbaycan və Qafqaz regionu ilə bağlı hazırlanmış hesabatlar yer alıb.

Paylaş: