Xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuralıyev ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.
Artan geosiyasi gərginliklər və beynəlxalq təhlükəsizlik mühitində TDT çərçivəsində həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***17:17
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev ilə İranın Naxçıvana dron hücumlarını müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müzakirələr zamanı regional təhlükəsizlik vəziyyəti, Türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası baş tutacaq.
On the sidelines of the Informal Meeting of the Council of Foreign Ministers of the Organization of Turkic States, a meeting was held between the Minister of Foreign Affairs of Azerbaijan Jeyhun Bayramov and the OTS Secretary-General Kubanychbek Omuraliev.
Discussions focused on… pic.twitter.com/WnWcILeGTu
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) March 7, 2026