64021f66e8fb364021f66e8fb4167786070964021f66e8fae64021f66e8fb1

3 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni qəbul edib.

XİN-dən Globalinfo.az-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvünün Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir ikitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər əsasında qarşısının alınmasının vacibliyindən bəhs edib.

Tərəflər, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesi, azad edilmiş ərazilərdə mövcud mina təhdidi və tərəfimizdən aparılan minasızlaşdırma fəaliyyəti barədə məlumat verib.

64021f65e024764021f65e0248167786070964021f65e024564021f65e0246 scaled 64021f04adc8064021f04adc81167786061264021f04adc7d64021f04adc7f scaled

Paylaş: