Ceyhun Bayramov Çavuşoğlu ilə bunu müzakirə etdi – YENİLƏNİB

11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Globalinfo.az-a bildirilib ki, xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***14:50

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunur ki, danışıq zamanı ikitərəfli əlaqələr və Türk Dövlətləri Təşkilatı müzakirə edilib.