Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında çıxış edir.
Bu barədə Globalinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
***14:00
Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçılarının iştirakı ilə iclas keçirilir.
Globalinfo.az bildirir ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell sədrlik edir.



