Ceyhun Bayramov Baxtiyor Saidova zəng etdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı olub.

XİN-dən Globalinfo.az-a verilən məlumata görə, nazir Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.