Ceyhun Bayramov: “Yaralıları qəbul etməyə hazırıq”

“Heç kim istəməz ki, belə faciəli günlər baş versin. Ancaq sevincli günlərdə bir yerdə olduğumuz kimi, qardaşlıq borcumuzdur ki, ağır günlərdə də bir-birimizin yanında olaq”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bizim xalqlarımız, dövlətlərimiz bunu bütün dünyaya sübut etdi.

X X X

Gündəlik statistika yenilənir. İndiyə qədər 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yeni müraciət edənlərin vəziyyətinə baxılır.

“Ümumilikdə bizdə olan statistikaya görə, 5 vətəndaşımız zəlzələ nəticəsində həlak olub. Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”, – nazir vurğulayıb.

X X X

“44 günlük müharibə zamanı Mövlud bəy düz 5 dəfə Azərbaycana səfər etdi, bizim yanımızda oldu. Bizi heç tək buraxmadı”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, biz bu dəstəyi Türkiyə Prezidenti başda olmaqla, hər bir türk vətəndaşından gördük, hiss etdik.

X X X

“Bütün Azərbaycan xalqı və dövləti Türkiyəyə yardım etmək istəyir”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, minlərlə könüllü Türkiyəyə gəlib yardım etmək istəyir: “Bu çox çətin prosedurdur və bunu sistemli şəkildə etmək lazımdır. Bu gündən başlayaraq, azərbaycanlı könüllülər də hissə-hissə bu bölgəyə gəlməyə başlayacaq”.

Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, zəlzələ bölgəsinin bərpasında Azərbaycan Türkiyənin yanında olacaq.

X X X

“Hazırkı məqamda mümkün olan hər bir insanı və canı sağ qurtarmaq əsas məsələdir”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həm Bakı şəhərində, həm Azərbaycanın digər bölgələrində, Naxçıvanda xəstəxanalarda çarpayılar ayrılıb: “Azərbaycan yaralıları qəbul etməyə hazırdır”.