Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilib – YENİLƏNİB

Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.

***

18:32

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və onun ermənistanlı həmkarı Alen Simonyan arasında İsveçrənin Cenevrə şəhərində görüş keçirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ikitərəfli görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində baş tutur.

İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunan görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının parlamentlər tərəfindən hansı formada dəstəklənə biləcəyi məsələlərinin müzakirə olunacağı gözlənilir.