Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmidlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN başçısı sosial şəbəkədə bildirib.

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-in Baş katibi Helga Şmid ilə fikir mübadiləsi apardım. Azərbaycan-ATƏT əməkdaşlığını müzakirə etdim, həmçinin münaqişəsonrası regional vəziyyət və təhdidlər, o cümlədən Azərbaycan ərazilərində qanunsuz erməni qüvvələrinin mövcudluğu barədə məlumat verdim”, – diplomat qeyd edib.