Çıxın, Ali Baş Komandanla bağlı bu sözü deyin! – Deputat

“1990-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaranlar, torpaqların işğalına və insanları köçkün həyatı yaşamağa məcbur edənlərin xalqa çağırış etmək hüququ yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin aprelin 19-da keçirilən iclasında deyib.

O bildirib ki, sülhməramlı kontingentin Qarabağda əbədi qalacağı ilə bağlı fikirlərin yalan olduğu ortaya çıxdı:

“Hakimiyyəti ələ keçirəndə dövləti müflis edənlərin korrupsiyadan danışmağa haqqı varmı? Yola saldığımız 30 il ərzində xalqın sosial rifahı yüksəldi, torpaqlarımız azad edildi, məcburi köçükünlərin öz ata yurdlarına qayıdışı prosesinə başlanıldı, ölkə sabitlik adasına çevrildi. Tək dəyişməyən isə Əli Kərimli və ətrafının təfəkkürü oldu. Sülhməramlıların Qarabağda yerləşməsinin əbədi olacağını deyən, onların ərazidən çıxacağı zaman Prezident İlham Əliyevə “Bravo, Müzəffər Ali Baş Komandan deyəcəm” fikrini bildirənlər siz deyildiniz?i İndi sülhməramlılar vaxtından bir il əvvəl Qarabağı tərk edirlər. Cəsarətiniz çatırsa, xalqa çağırış etmək əvəzinə, vəd etdiyiniz sözləri yerinə yetirin. Amma bunu etməyəcəklər. Sizə verilən sifarişlər dövləti gücsüzləşdirmək, ölkəni 1990-cı illərin əvvəllinə qaytarmaqdan ibarətdir. Lakin xalq kimin kim olduğunu yaxşı bilir”.

Ayşən Mustafa
Globalinfo.az