Paşinyan “dinc Ermənistan”ın formulunu tapdı

“Cənubi Qafqazda sülhə ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında yazıb.

O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır.

N.Paşinyan sülh quruculuğunun bərpa olunmasının əsas siyasi öhdəlik olduğunu qeyd edib:

“Region dinc olarsa, ölkəmiz də dinc olar”.