İran sülhə nail olmaq üçünABŞ və İsrailə tələblərini açıqlayıb
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali müsahibəsində açıqlama verib.
Qeyd olunur ki, siyahı 4 bənddən ibarətdir:
ABŞ və İsrailin təcavüzə son qoyması, münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün zəmanət verilməsi, maddi və mənəvi zərərin kompensasiyası, eləcə də İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmət edilməsi.
Cəlali həm də digər ölkələrin vasitəçilik səylərinə görə təşəkkür edib, lakin təhlükə aradan qaldırılana qədər ölkəsinin münaqişəni davam etdirməyə hazır olduğunu bəyan edib.
“İran regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün istənilən konstruktiv və səmimi səyləri həmişə alqışlayıb. İran təhlükə mənbəyi tam aradan qaldırılana qədər özünümüdafiə hüququnu həyata keçirməyə davam edəcək”, – Cəlali bildirib.
Tahir Turan
Globalinfo.az