Çavuşoğlu: “Ermənistanla əlaqələrin normallaşması üçün xüsusi nümayəndələr işləyir”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın qəhrəman Ordusunun Qarabağ zəfərindən sonra bir fürsət yaranıb.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması üçün addımlar atdıqlarını vurğulayıb.

O qeyd edib ki, Ermənistan tərəfindən normallaşmaya doğru addımlar atması asan olmasa da, xüsusi nümayəndələr bu istiqamətdə işləyirlər.