Cahit Bağçı Ermənistanla bağlı son iki olayı qınadı

Son günlərdə Ermənistan tərəfindən edilən davranışları qınayırıq.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

“Dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmagan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”, – səfir vurğulayıb.