Buzda sürüşən avtobus aşdı – VİDEO

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində”Hyundai” markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:

“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.

Zaira Akifqızı
Globalinfo.az