
Avropa birliyi yalnız narkotiklərin leqallaşdırılması, cəzasızlıq və mövcud siyasi rejimlərin əxlaqsızlığı üzərində qurulub.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb.
Zaxarova bu sözləri Fransa Prezidenti Emmanuel Makronun iştirak etdiyi və jurnalistlərin çəkilişləri zamanı onun masadan tələsik şəkildə kiçik, ağ bir bağlamanı götürməsi ilə bağlı yayılan görüntüləri şərh edərkən səsləndirib. Daha sonra Yelisey sarayından verilən açıqlamada həmin bağlamanın narkotik yox, sadəcə burun dəsmalı olduğu bildirilib. Saray nümayəndələri “Avropa birliyinə qarşı yönələn dezinformasiya elə həddə çatıb ki, adi bir burun dəsmalını belə narkotik kimi təqdim edirlər” deyə bəyan ediblər.
“Əslində isə çoxdan cavab verilməli olan haqlı bir sual yaranır: bu Avropa birliyi nədədir? Qatarla bağlı yayılan kadrlara baxdıqda görünür ki, birlik narkotiklərin faktiki leqallaşdırılması, siyasi rejimlərin tam cəzasızlığı və ümumilikdə onların əxlaqsızlığı və qüsurluluğu üzərində qurulub”, – deyə Zaxarova bildirib.
Diplomat zarafatla əlavə edib ki, Parisdən sonra indi Berlindən də açıqlama gözləmək olar.
“Görünür, Almaniyanın hər özünü hörmət edən kansleri cibində şəkər qaşığı gəzdirir – təbii ki, Avropa birliyi naminə”, – o deyib.
Aysel Əliyeva
Globalinfo.az