63c40df8bb4e763c40df8bb4e8167379301663c40df8bb4e263c40df8bb4e5

Silahlılar Burkina-Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü “Frans Press“ (AFP) agentliyi Arbinda hakimiyyətinə istinadən məlumat yayıb.

AFP qeyd edir ki, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadın qruplarına iki hücum həyata keçirib. Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir. Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər.

Paylaş: