Bunu etsək, 12 km-lik ərazi Azərbaycanın nəzarətinə keçəcək – Sərkisyan

=

“Kərki Ermənistanın strateji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Xalq Demokratik Partiyasının sədri Aram Sərkisyan deyib.

Onun sözlərinə görə, Kərki gələcəkdə formalaşması nəzərdə tutulan dəhliz olacaq:

“Əgər Paşinyan hökuməti Kərkini vermək qərarına gəlsə, təkcə bu kənd yox, Naxçıvan sərhədindən başlayıb 12 kilometr uzanan ərazi də Azərbaycanın nəzarətinə keçəcək. Bütün bu ərazi türk dünyasını birləşdirən dəhliz olacaq, çünki oradan Sisian və Mehriyə yol açılır”.

Qeyd edək ki, Naxçıvanın Kərki kəndi Qazaxın 3 anklav kəndi ilə birlikdə hələ də Ermənistanın işğalı altındadır.

Əliyar Xəlil
Globalinfo.az