Paşinyan bunu etməsə, “qırmızı xətt”i keçəcək – Erməni politoloq

“Paşinyan Qərbin sanksiyalarından yayınmaq üçün Rusiyaya kömək etməsə, “qırmızı xətt”i keçəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

O bildirib ki, Paşinyan bununla Saakaşvilinin taleyinin təkrarlanması istiqamətində ilk addımı atacaq.

“Əgər Rusiya Ermənistandan hərbi bazasını çıxarmaq istəmirsə, bunu etməyəcək. Bu, Ermənistan hakimiyyətinin istəyindən asılı deyil”.

Kiviryanın sözlərinə görə, Qərb açıq şəkildə bildirib ki, Rusiyanın regiondan çıxması NATO-nun Cənubi Qafqazda müttəfiqi olan Türkiyənin güclənməsi deməkdir.

“Qərbin məqsədi erməni xalqının maraqlarını qorumaq deyil. Onların məqsədi Rusiyanı bölgədən çıxarmaq və İranın bura daxil olmasına imkan verməməkdir. vektorun dəyişdirilməsi cəhdi Ermənistanın əvvəlki hakimiyyəti dövründə baş verib. Lakin onlar bu ssenari ilə hərəkətə cəsarət etmədilər, buna görə də hakimiyyət dəyişikliyi baş verdi ”, – Kiviryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az