Bunu edən 70 nəfər barəsində tədbir görülüb – DYP

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu aşkar edilmiş kobud qayda pozuntularına dair məlumat yayıb.

İdarədən Globalinfo.az-a verilən məlumata görə, həftəsonu respublika yollarında sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Qeyd olunub ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atır ki, əksər hallarda bu əməllərin sonu ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir: “Bir daha bütün yol hərəkəti iştirakçılarından xahiş edirik ki, yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər”.