Bu şəxslərə “TikTok”dan istifadə qadağan edildi

Avropa Birliyi “TikTok” sosial şəbəkəsindən istifadəni işçilərinə qadağan edib.

Globalinfo.az xəbər verir ki, AB əməkdaşlarına şəxsi və korporativ telefonlarından “TikTok” tətbiqini silməyi tapşırıb.

AB-ın digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda “TikTok”dan istifadə qadağan edilib.