İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ qoşunlarının mümkün quru işğalına hazır olduğunu və atəşkəs tələb etmədiklərini bildirib.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə “NBC” telekanalına müsahibəsində danışıb.
Əraqçi ABŞ və İsrailin İrana qarşı hücumlarını şərh edərək bildirib ki, Tehran Vaşinqtonla hər hansı danışıqları rədd edir və mümkün quru əməliyyatına hazırdır.
ABŞ-ın quru işğalı ehtimalından qorxub-qorxmadığı sualına cavab verən iranlı nazir belə deyib:
“Xeyr, biz onları gözləyirik. Çünki onlarla üz-üzə gələ biləcəyimizə əminik və bu, onlar üçün böyük bir fəlakət olacaq”.
Tahir Turan
Globalinfo.az