siyavus mecli

“1993-cü ildə büdcə darmadağın olmuş, ləl-cəvahirat fonduna “süpürgə çəkilmişdi”. Bu gün isə Azərbaycan borc alan dövlətdən, borc verən dövlətə çevrilib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycan artıq başqa dövlətlərə investisiyalar qoyur və müxtəlif layihələrdə iştirak edir:

“Büdcənin nizamlı icrasının nəticəsidir ki, Qarabağ Universiteti fəaliyyətə başlayıb. Büdcənin düzgün icrası sayəsində mühüm işlər görülüb. Vaxtilə “kamaz” sürücülərinin rəhbərliyi ilə yaradılmış ordu əvəzinə nizami ordu yaratmışıq. 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzunun qəhrəmanlığını gördük. Qurtuluş olmasa idi, biz ayrı-ayrı ölkələrdən qaçqınlarımıza yardımlar xahiş edəcəkdik. Bu gün isə qurtuluş nəticəsində Qarabağ yenidən qurulur, əhali öz ata-baba yurdlarına geri qayıdıb, firəvan yaşayışını təmin edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: