Bu ölkənin müdafiə naziri qəza keçirdi, vəzifədən azad olundu – SƏBƏB

Xorvatiyanın müdafiə naziri Mario Banaziç ağır avtomobil qəzası keçirib. 

Globalinfo.az xəbər verir ki,nazirin idarə etdiyi avtomobil naməlum səbəbdən mikroavtobusa çırpılıb.

Qəza nəticəsində bir nəfə ölüb, nazir özü isə ciddi şəkildə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hökumət sözçüsü Marko Miliç sosial mediada hesabında verdiyi açıqlamada nazir Banaziçin həyatı üçün təhlükə olmadığını bildirib. Məlumata görə, Benaziç hazırda reanimasiyada saxlanılır.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç açıqlama verərək, qəza nəticəsində bir nəfərin ölümünə səbəb olan müdafiə nazirinin vəzifəsindən azad edildiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az