Bu ölkənin diplomatı bir həftədə beşinci dəfə Türkiyə XİN-ə çağırıldı

Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb Danimarkada Türkiyə diplomatik missiyasının binası yaxınlığında Qurani-Kərimin təhqir olunmasıdır.