Bu ölkədə erməni zavodunun məhsullarına qadağa qoyuldu

Ermənistanın “Ararat konyak zavodunun” məhsullarının Belarusda idxalı, satışı, saxlanması, daşınması, istifadəsi qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qomel regional gigiyena, epidemiologiya və ictimai sağlamlıq mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu qərara səbəb məhsullarda kimyəvi boyaq maddəsinin aşkarlanması olub.