serheddd

Pakistan İranla bütün sərhəd keçidlərini qeyri-müəyyən müddətə bağlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Express Tribune” yerli rəsmilərə istinadən məlumat yayıb.

“Bəlucistanın Qvadar və Pəncqur rayonlarındakı nəzarət-buraxılış məntəqələri növbəti xəbərdarlığa qədər bağlanıb. Görülən tədbirlər sərhəddə gözlənilməz insidentlərin qarşısını almaq və İran-İsrail silahlı münaqişəsinin yaratdığı qeyri-müəyyənlik şəraitində ictimai təhlükəsizliyin təmin edilməsinə yönəlib. Bəlucistan hökuməti sakinlərə artan gərginliyi nəzərə alaraq ayıq-sayıq olmağı və İran ərazisinə səfər etməkdən çəkinməyi tövsiyə edib”, – deyə bildirilib.

Qeyd edək ki, Pakistanın xarici işlər naziri İshaq Dar iyunun 16-da 450 pakistanlı zəvvarın İrandan təxliyə edildiyini təsdiqləyib.

O bildirib ki, Pakistan İrandan zəvvar və tələbələrini təxliyə etməyə davam edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: