Bu meyvə sonsuzluğa səbəb olur

ABŞ-dan olan tədqiqatçılar 48 müxtəlif meyvə və tərəvəzdən 36 min nümunənin analizinin nəticələrini açıqlayaraq həyəcan təbili çalıblar. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, onların tapıntılarına görə, azərbaycanlıların da əksəriyyətinin sevdiyi çiyələk insan sağlamlığı üçün ən təhlükəli meyvələrdən biri olub.

Qeyri-kommersiya təşkilatı Ətraf  Mühitin Mühafizəsi üzrə işçi qrupunun təhlili, analiz edilən çiyələk nümunələrinin 70 faizində yüksək səviyyədə pestisidlər aşkar edib. Alimlər hesab edirlər ki, çiyələk yemək xərçəng, sonsuzluq, şəkərli diabet və digər təhlükəli xəstəliklər riski ilə əlaqələndirilə bilər.

Bununla belə, çiyələk bu anti-reytinqdə yeganə “günahkar” deyil. Ən təhlükəli meyvələrin ilk beşliyinə ispanaq, nektarin, alma və şaftalı da daxildir. Amma araşdırmalara görə, siyahıya çiyələk başçılıq edir

Alimlər xəbərdarlıq edir ki, bu meyvə və tərəvəzlərdə olan pestisidlər sonsuzluq, diabet, Parkinson xəstəliyi, piylənmə və xərçəng kimi xəstəliklərə səbəb ola bilər.

Digər məşhur meyvə və tərəvəzlərdə, o cümlədən armud, albalı, üzüm, kərəviz, pomidor, bibər və kartofda da zərərli maddələr müəyyən edilib.

Bu araşdırma meyvə və tərəvəzlərin təhlükəsizliyi ilə bağlı mühüm suallar doğurur, qida seçimində və istehlakdan əvvəl emalda daha diqqətli olmağa çağırır.