Bu məşhura autizm diaqnozu qoyulubmuş

Məşhur avstraliyalı müğənni və bəstəkar Sia ona autizm sindromu diaqnozu qoyulduğunu etiraf edib.

Globalinfo.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı yalnız indi bu haqda danışmaq qərarı aldığını deyib.

“45 il düşündüm: insan kostyumu geyinməyin vaxtıdır. Və yalnız son iki ildə mən özüm oldum. Sən sirlərlə dolu olanda və özündən utananda heç kim səni tanıya və sevə bilməz”.

Sia hazırda müalicə aldığını əlavə edib.