Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada siyasi vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə təqdim olunan məlumatlar çox vaxt tam və obyektiv olmur:
“Lakin mövcud sənədlər belə, müəyyən nəticələr çıxarmağa imkan verir. Belə ki, Rusiyada hakimiyyətə qarşı narazılıq artmaqda davam edir. Bu tendensiyanın yaxın aylarda da davam edəcəyi gözlənilir.
Məndə olan məlumata görə, Putin artıq artan narazılığın qarşısının alınmayacağına inanmağa başlayıb. Sentyabr ayına qədər onun vəziyyəti daha da pisləşəcək”.
Ukrayna lideri bildirib ki, əlində olan hesabatlarda hələlik iyun, iyul və avqust nəticələri qeyd olunmayıb.
Onun iddiasına görə, sülh müqaviləsində Putinin imzası olmaya bilər:
“Çünki hakim partiyaya dəstək azalır. Bu vəziyyət seçki dövrlərində daha çox inzibati müdaxilə və ya saxtalaşdırma ehtimalını artırır.
Kəşfiyyat məlumatlarımıza əsasən, regionlarda etiraz meylləri də güclənir. Qarşıdakı yay aylarında baş verə biləcək hadisələrin vəziyyəti dəyişə bilər”.
Safura Bənnayeva
Globalinfo.az