Bu klinikada qanvermə aksiyası keçirildi – FOTOLAR

 

Respublika Klinik Xəstəxanasında Hemofiliya və Talassemiya irsi qan xəstəliyindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq üçün “Qan ver, Can ver” adı altında qanvermə aksiyası keçirilib.

Globalinfo.az xəbər verir ki, aksiyada xəstəxananın direktoru Azər İsmayılov və kollektivi iştirak edib.

Aksiya zamanı 128 nəfər qan donoru olub.

Qeyd edək ki, hər bir donor öncədən tibbi müayinələrdən keçib, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və xəstəxananın Hematologiya şöbəsinin həkimləri tərəfindən sağlamlığı göstəriciləri müəyyən olunub. Bağışlanan qan ehtiyatı Mərkəzi Qan Bankına təhvil verilib.

Zaira Akifqızı
Globalinfo.az