“Həmin kəndlər üzərindən delimitasiya prosesi başlayacaq” – Paşinyan

“İrəvan 90-cı illərin əvvəllərindən faktiki olaraq Ermənistanın nəzarətində olan Tavuş rayonu və Qazax rayonunun 4 kəndindən sərhədlərin delimitasiyası prosesinə başlamağın əleyhinə deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən parlament iclasında deyib.

Qeyd edək ki, aprelin 9-da Ermənistan parlamentinin sərhədin delimitasiyası məsələsinə dair qapalı iclası keçirilib. Ermənistan hakimiyyəti sərhədlərin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağını və hansı xəritələrin əsas götürüləcəyini hələ bilmir.

Safura Bənnayeva
Globalinfo.az