Bu il sərvətlərinə milyardlar qatan zənginlər – SİYAHI

“Bloomberg” son altı ayda ən çox pul qazanan dünyanın 500 ən zəngin adamının reytinqini dərc edib.

Globalinfo.az xəbər verir ki, siyahıda birinci sırada “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask yer alıb. Nəşrin məlumatına görə, sözügedən vaxt ərzində iş adamı 96,6 milyard dollar qazanıb. Hazırda onun ümumi sərvəti 234 milyard olaraq qiymətləndirilir. İlon iyulun 3-də “Tesla”nın səhmlərinin 6,9% bahalaşması ilə sərvətinə 13 milyard dollar əlavə edib.

İkinci yerdə 58,9 milyard dollarla “Meta”nın yaradıcısı Mark Zukerberq qərarlaşıb. 200 milyard dollar sərvətlə “LVMH” moda konqlomeratının sahibi Bernard Arnault adını siyahıda üçüncü sıraya yazdırmağı bacarıb. O, altı ayda 38,2 milyard dollar qazanıb.

Nəşr, həmçinin 2023-cü ilin əvvəlində Rusiyanın ən çox qazanan milyarderlərinin də siyahısını təqdim edib. Siyahıda Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovdun adı da yer alıb. Biznesmen sıralamada rusiyalı milyarderlərə liderlik edib. Onun ilin əvvəlindən qazancı 4,8 milyard dollar olub. Bununla da sərvəti 20,2 milyard dollara çatıb.