ffff

Müdafiə naziri İsrael Katz Hatzerim hava bazasında keçirilən pilotlar kursunun buraxılış mərasimində İrana xəbərdarlıq edib.

Globalinfo.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Katz bildirib ki, lazım gələrsə, İrana geri dönəcəklər.

“Pilotlar kursunun buraxılış mərasimi Xamenei və onun ayətullahlarına birbaşa mesajdır. İsrailin uzun qolu Tehrana, Təbrizə, İsfahana və İsraili təhdid edən hər yerə çatacaq. Gizlənəcək yerləri yoxdur”, – Katz vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: