“Müxtəlif malların, nəqliyyat vasitələrinin və insanların Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etməyə hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu il Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesində nəzərəçarpacaq irəliləyiş qeydə alınıb. Digər mühüm hadisə isə bu il avqustun 30-da Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanması olub. Həm Ermənistan, həm də Azərbaycan son aylarda “sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin ən azı 80 faiz razılaşdırıldığını bəyan edib. Bu yaxınlarda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri formatında sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işlərin intensivləşdirilməsi barədə razılıq əldə olunub.Amma istənilən halda bütün suallara cavab verən və ikitərəfli münasibətlərin bütün aspektlərini tənzimləyən Sülh Müqaviləsi hazırlamaq mümkün deyil. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi nə olursa-olsun razılaşdırılmalı və imzalanmalıdır. Üstəlik, imzalanmış və ratifikasiya edilmiş sülh müqaviləsi olduqda, digər mümkün məsələlərin həlli xeyli asanlaşacaq və regionda vəziyyət fərqli olacaq”, – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az