“Bu halda istefa verə bilərəm” deyən Paşinyanın sözlərinin pərdəarxası

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı “Ermənistanın bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğum təqdirdə istefa verə bilərəm. Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq” deyib.

Globalinfo.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın baş nazirinin bu açıqlamasını belə şərh edib.

“Paşinyanın bu sözlərini belə oxumaq mümkündür:

1.Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır;

2. Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır;

3.Ermənistan Rusiya hərbi bazasından imtina etməlidir. Paşinyan bunları etməzsə, Ermənistan özünün dediyi kimi həmişə pis vəziyyətdə olacaq”, – deyə politoloq bildirib.